11 iyul 2025 12:39
114

BDU-da “Birincilik” təqaüdü təsis edilib

Bakı Dövlət Universitetinə (BDU) 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib.

Universitetdən bildirilib ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.