11 iyul 2025 12:58
117

Ərdoğanın baş müşaviri xərçəngdən vəfat edib

Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın baş müşaviri, İqtisadi Siyasətlər Şurasının üzvü, publisist-jurnalist Yiğit Bulut müalicə olunduğu xəstəxanada vəfat edib.

“İki sahil” bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

İstanbulun Maslak bölgəsində yerləşən özəl xəstəxanada xərçəng müalicəsi alan 53 yaşlı Bulut bu səhər dünyasını dəyişib.

AK Partiyanın İstanbul millət vəkili Süleyman Soylu da Bulutun vəfat xəbəri ilə bağlı sosial media hesabında belə yazıb:

“Prezidentimizin baş müşaviri, İqtisadi Siyasətlər Şurasının üzvü, jurnalist-yazar və iqtisadçı dəyərli dostum Yiğit Bulut keçirdiyi ağır xəstəlikdən sonra bu səhər Haqqa qovuşub. Kədərli ailəsinə, yaxınlarına və onu sevənlərə başsağlığı diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.