12 iyul 2025 14:37
122

Mixael Runkel: Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesini sürətləndirmək üçün effektiv həll yolu tapılacağına ümid edirəm

Ümid edirəm ki, Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesini sürətləndirmək üçün effektiv həll yolu tapılacaq.

“İki sahil” xəbər verir ki, bunu “Report”un Cəbrayıldakı müxbirinə almaniyalı səyyahı Mixael Runkel deyib.

“Mən minaların hələ də qaldığı dünyanın müxtəlif yerlərində olmuşam. Bu, əsl faciədir, çünki ilk növbədə mülki insanlar əziyyət çəkir. Mina öldürməsə də, şikəst edir və insan bütün həyatı boyu bundan əziyyət çəkir”, - o bildirib.

Səyyah minaların onilliklər boyu ölümcül qala biləcəyini vurğulayıb.

“Bu problemi həll etmək üçün beynəlxalq iradə və praqmatik yanaşma lazımdır. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bütün maraqlı tərəflərlə birlikdə minalardan təmizləmə prosesini sürətləndirmək üçün effektiv həll yolu tapa biləcək. Bu, təxirə salına bilməyən qlobal humanitar məsələdir”, - o vurğulayıb.