ABŞ prezidenti Donald Tramp F-16 qırıcılarını təchiz etmək üçün Ukraynaya uzaqmənzilli JASSM raketləri göndərməyi düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.
Əsas AGM-148A versiyası 370 km məsafəyə malikdirsə, AGM-158B (və ya JASSM-ER) versiyası isə 926 km məsafəyə malikdir.
Axios öz mənbələrinə istinadla daha əvvəl bildirmişdi ki, Donald Trampın yaxın vaxtlarda elan edə biləcəyi Ukraynaya yardım paketinə uzaqmənzilli raketlər də daxil olacaq.
2003-cü ildə ABŞ ilə xidmətə girən JASSM raketləri yüksək istiqamətləndirmə dəqiqliyinə malikdir və 450 kq-a qədər çəkisi olan döyüş başlığı daşıya bilir, eyni zamanda, hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması çətinləşir.
Avropada JASSM rajetlərinə Polşa və Finlandiya orduları sahibdir.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb