07 avqust 2026 18:53
98

Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır

Məkkə sazişi regionda sülhün, rifahın və sabitliyin təmin olunmasını hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu da təsdiqləyən saziş heç bir ölkəni hədəf almır:

"Türkiyə regional məsuliyyət və təşəbbüs baxışı çərçivəsində münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək".

Türkiyə lideri qeyd edib ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə mühüm töhfə verəcək.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar.