14 iyul 2025 17:29
129

Dağıstanda sudan zəhərlənənlərin sayı 450 nəfərə çatıb

Dağıstanda sudan zəhərlənənlərin sayı 450-yə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.

“Ümumilikdə 450 bağırsaq infeksiyasına yoluxma faktı qeydə alınıb ki, onlardan 422-si uşaqdır”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Lakin ağır hallar qeydə alınmayıb.

Maqaramkənd Mərkəzi Rayon Xəstəxanasından 109 xəstə evə buraxılıb.