Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokioda ciddi narahatlıq doğurur.
“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik "Ağ kitab" adlı hesabatında deyilir.
"Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir", - sənəddə qeyd olunur.
Oxşar ifadələr son bir neçə il ərzində Yaponiya müdafiə qurumunun bütün illik hesabatlarında yer alıb. Yaponiya Müdafiə Nazirliyi həmçinin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü adi qaydada tənqid edib.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb