15 iyul 2025 12:49
135

Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləyə bilər - "Politico"

Malta Rusiyaya qarşı ilkin olaraq dəstəkləmədiyi 18-ci sanksiyalar paketi ilə bağlı mövqeyini dəyişə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

İyulun 13-də Aİ yanında Daimi Nümayəndələr Komitəsinin iclasında Malta nümayəndəsi Avropa Komissiyasının (AK) Rusiya neftinin ixracı üçün qiymət tavanının aşağı salınması təşəbbüsünə qarşı çıxış edib.

Nəşrin məlumatına görə, bu qərar Malta təmsilçisinin bu məsələ ilə bağlı “təsdiq almaq” üçün ölkə rəhbəri ilə “təmas qura bilmədiyi” üçün verilib.

Adı açıqlanmayan AB diplomatı gözləyir ki, Malta sanksiyalarla razılaşacaq və onlar cümə axşamına qədər razılaşdırılacaq.