15 iyul 2025 12:56
143

Tramp Zelenski ilə Ukraynanın Moskvaya mümkün zərbələrini müzakirə edib - "Washington Post"

ABŞ prezidenti Donald Tramp telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyaya təzyiqi artırmağa çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Washington Post"un köşə yazarı David İqnatius adının açıqlanmayan mənbəyə istinadla yazır.

Onun sözlərinə görə, Amerika prezidenti Ukrayna liderindən Ukrayna Silahlı Qüvvələrinin Moskvaya niyə zərbə endirmədiyini soruşub.

Mənbə deyib ki, Vladimir Zelenski “Bizə silah versəniz, edə bilərik”. Köşə yazarının həmsöhbətinin dediyi kimi, Donald Tramp deyib ki, “Ukrayna təkcə Moskvaya deyil, Sankt-Peterburqa da zərbə vurmaqla Putinə təzyiqi artırmalıdır”.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə 50 gün ərzində atəşkəs əldə etməsə, 100% tariflərlə hədələmişdi.