16 iyul 2025 15:01
118

Çindən NATO baş katibinin xəbərdarlığına REAKSİYA

Çin Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Mark Ruttenin Rusiya ilə ticarətə görə Çin, Braziliya və Hindistanı ikinci dərəcəli sanksiyalarla hədələyən bəyanatını şərh edib.

“İki sahil” "Anadolu" agetliyinə istinadla xəbər verir ki, Pekin birtərəfli sanksiyalara qarşı olduğunu bəyan edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə deyib: “Gömrük müharibələrində qalib yoxdur, məcburiyyət və təzyiq heç nəyə gətirib çıxarmayacaq.” 

O, həmçinin xarici dövlətlərin Ukrayna böhranının siyasi həlli üçün şərait yaradacağına ümid etdiyini bildirib, dialoq və danışıqları vəziyyətdən yeganə mümkün çıxış yolu adlandırıb.