16 iyul 2025 15:04
115

Finlandiyada ruslara daşınmaz əmlak satılması QADAĞAN EDİLDİ

Finlandiyada Rusiya və Belarus vətəndaşları üçün daşınmaz əmlak əməliyyatlarına qoyulan qadağa qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkänen X sosial şəbəkə hesabında yazıb. 

O, bunu çox uzun müddətə təxirə salınmış mühüm islahat adlandırıb.

Nazirin sözlərinə görə, məhdudiyyətlərə ehtiyac Rusiya-Ukrayna münaqişəsindən əvvəl də yaranıb. Hakkänen aydınlaşdırıb ki, o, bu qadağanı təxminən iki il əvvəl hazırlamağa başlayıb: “Mən çox şadam ki, nəhayət ki, bu qanun qəbul olundu... Bu, Finlandiyanın təhlükəsizliyini gücləndirməyə və hər cür təzyiqə hazır olmağa yönəlib.”