16 iyul 2025 15:11
114

Yeni tariflər, vergilər ABŞ və İngiltərədə qiymət artımını sürətləndirir

İyun ayında ABŞ və Böyük Britaniyada inflyasiya sürətlənib. Bir çox iqtisadçı qiymət artımını hökumətin siyasəti ilə əlaqələndirir: ABŞ-da Donald Trampın idxal tariflərinin təsiri ilə, Böyük Britaniyada isə Leyboristlər hökumətinin vergi artımı ilə əlaqədar.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Wall Street Journal" məlumat yayıb.

ABŞ Əmək Statistikası Bürosu iyun ayında ABŞ-da inflyasiyanın illik müqayisədə 2,7% olduğunu elan edib. Bu, may ayında qiymətlərin 2,4% bahalaşdığı əvvəlki aydan yüksəkdir.

Analitiklər iyun ayında belə dinamikanı gözləyirdilər, lakin bir sıra malların bahalaşması onları deməyə vadar edir ki, aprel ayında Donald Tramp tərəfindən bir çox ölkələrdən mallara idxal rüsumları tətbiq edilməsi artıq qiymətlərə təsir edir. Şirkətlər daha yüksək rüsum ödəmək məcburiyyətindədirlər və artıq xərclərinin bir hissəsini istehlakçılar "ödəməyə"  başlayıblar.

The Wall Street Journal-a müsahibə verən ekspertlərin qeyd etdiyi kimi, ilin bu dövrü üçün geyim, məişət elektronikası və mebel qiymətlərinin qeyri-adi artımına diqqət çəkilib və məhz bu kateqoriyalar üzrə idxal ABŞ üçün əhəmiyyətli payı təşkil edir.