16 iyul 2025 15:28
122

Bəzi Aİ ölkələrinin plandan xəbərləri olmayıb - "Reuters"

Avropa İttifaqının bir çox üzvü ABŞ prezidenti Donald Trampın Ukraynaya Avropa vasitəsilə silah tədarükü planının həyata keçirilməsində iştirakları barədə məlumatsız olublar. Onlar bu haqda yalnız Ağ Ev rəhbərinin müvafiq bəyanatından sonra öyrəniblər.

“İki sahil” xəbər verir ki,  bu məlumatı “Reuters” adı açıqlanmayan mənbələrə istinadla yayıb. Onlardan birinin dediyinə görə, heç kimə əvvəlcədən dəqiq məlumat verilməyib.

“Mən də şübhələnirəm ki, administrasiya yalnız indi bunun praktikada nə demək olduğunu anlamağa başlayır”, deyə, mənbə əlavə edib.

Digər mənbələr agentliyə bildiriblər ki, onlar plan haqqında onun elanından dərhal sonra xəbər tutublar. Onların fikrincə, hətta ABŞ-ın müttəfiqləri də bu plandan “real vaxtda” xəbər tutmayıblar.