18 iyul 2025 13:48
109

Çin Panama kanalı limanlarının Amerika İnvestorlarına satışını bloklayır

Çin dövlət şirkəti "Cosco" layihədə iştirakına zəmanət verənə qədər Panama kanalı limanlarının Amerikanın BlackRock fondunun rəhbərlik etdiyi investorlar konsorsiumuna satışına icazə verməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Wall Street Journal” danışıqlara yaxın mənbələrə istinadla məlumat yayıb.

Martın əvvəlində Honq-Konqda yerləşən CK Hutchison Panama kanalı liman infrastrukturunda (Panama Ports Company) 90 faiz payını Amerikanın BlackRock fondunun rəhbərlik etdiyi investorlar konsorsiumuna, eləcə də 423 ölkədə dəniz limanına sahib olan və fəaliyyət göstərən Hutchison Port Holdings-in 80 faizinin satışını elan etdi.

Müqavilənin dəyəri 22,8 milyard dollar təşkil edib.

Qərar Pekində tənqid olunub. Üstəlik, Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi sövdələşmə ilə bağlı antiinhisar araşdırmasına başlayıb. "The Telegraph" yazıb ki, Çin hakimiyyəti dövlət şirkətlərinə CK Hutchison ilə hər hansı sövdələşməyə girməyi qadağan edib.