ABŞ prezidenti Donald Trampın istədiyi kimi əfsanəvi Alkatras həbsxanasının fəaliyyətinin bərpası büdcəyə 2 milyard dollara başa gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” ABŞ prezident administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Tramp mayın əvvəlində Federal Həbsxanalar Bürosuna Alkatrası həbsxana kimi yenidən açmağı əmr edib. Bundan sonra administrasiya rəsmiləri layihənin potensial dəyərini hesablayılar.
"Axios" mənbələrinə görə adaya bir neçə dəfə səfər təşkil olunub. Məsələn, iyulun 17-də Federal Həbsxanalar Bürosuna nəzarət edən baş prokuror Pam Bondi və daxili işlər naziri Duqlas Burgum adaya səfər ediblər.
Tramp hələ həbsxana və onun hansı formatda yenidən qurulması barədə yekun qərar verməyib.