ABŞ prezidenti Donald Tramp teleaparıcı Stiven Kolbertin CBS kanalından qovulmasına və son on ildə aparıcılıq etdiyi Late Show proqramının bitməsinə sevindiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə cənab Tramp Truth sosial şəbəkəsində yazıb.
"Mən tamamilə şadam ki, Kolbert işdən çıxarıldı. Onun istedadı reytinqlərindən də aşağı idi", - Amerika prezidenti qeyd edib.
Bu gün kanal Stiven Kolbertlə əməkdaşlığa son qoyduğunu elan edib. CBS bildirib ki, bu, "sırf maliyyə qərarıdır" - kanalın teleaparıcıya və onun verilişinin məzmununa qarşı heç bir iddiası yoxdur.