18 iyul 2025 19:45
116

Britaniyadan Rusiya nefti ilə bağlı QƏRAR

Böyük Britaniya hökuməti Rusiya neftinin qiymətinin bir barel üçün 47,6 dollara endirilməsi ilə bağlı Aİ-nin mövqeyini dəstəkləyəcəyini açıqlayıb. Əvvəllər limit 60 dollar idi.

“İki sahil” xəbər verir ki, bu barədə "gov.uk" saytı məlumat yayıb.

"Yeni tədbir Rusiya neftinin bazar dəyərinin azalmasına gətirib çıxaracaq", - deyə, hökumət mətbuata açıqlamasında bildirilib.

Rusiya neftinin sabit maksimal qiymətinin aşağı salınması Aİ-də qəbul edilən 18-ci sanksiyalar paketinin bəndlərindən biri olub. "Euronews" xəbər verir ki, dinamik variant təklif olunur. Qiymət həddi hər altı aydan bir avtomatik olaraq tənzimlənəcək - orta bazar qiymətindən 15% aşağı.