Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb

21 iyul 2025 08:50
192

Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb.

Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8 884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9 775 hektar torpaq sahəsinin su ilə təminatını yaxşılaşdırıb.

Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir.

Sözegedən suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.

"Report"