Livan-İsrail münaqişəsində ABŞ İsrail tərəfini hər hansı bir addıma məcbur edə bilməz.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Tomas Barrak Livanın Baş naziri Nəvaf Salamla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"ABŞ-nin İsraili hansısa addımı atmağa məcbur etmək hüququ yoxdur. ABŞ yalnız vəziyyətə təsir göstərə bilər. Biz artıq münaqişələrin olduğu bölgələrə qoşun yerləşdirmək niyyətində deyilik", - o qeyd edib.
Barrak həmçinin deyib ki, ABŞ Prezidenti Donald Tramp regional sabitliyə nail olunmasında maraqlıdır və Livan onun bir hissəsidir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək