Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu müəyyən edilib.
Qeyd olunub ki, keçirilən əməliyyat nəticəsində saxlanılan məhkum polis idarəsindəki prosessual tədbirlər başa çatdıqdan sonra cəzasını çəkməsi üçün penitensiar müəssisəyə təhvil verilib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək