ABŞ-ın vitse-prezidenti Cey Di Vensin növbəti ay İngiltərənin Kotsvolds bölgəsinə ailəvi istirahət səfəri planlaşdırılır.
“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, etirazçılar onun gəlişinə qarşı aksiyalar keçirəcəklərini bəyan ediblər.
“Stop Trump Coalition” adlı təşkilat Cey Di Vensin Birləşmiş Krallıqda ABŞ Prezidenti Donald Tramp qədər arzuolunmaz şəxs olduğunu bildirib. Qrupun sözçüsü deyib: “Bu ay Tramp Aberdin və Edinburqda etiraz aksiyaları ilə qarşılanacaq, sentyabrda isə Londonda və Vindzorda aksiyalar davam edəcək. Cey Di Vens də Tramp qədər burada xoş qarşılanmayacaq”,- deyə o, bildirib.
Cey Di Vensin növbəti ay həyat yoldaşı və üç azyaşlı övladı ilə birlikdə Kotsvolds bölgəsində istirahət edəcəyi gözlənilir. Onun səfəri Donald Trampın Şotlandiyadakı qolf sahələrinə beşgünlük turundan dərhal sonra baş tutacaq.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək