Çin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəkləyir və İranın nüvə probleminin həllinə töhfə verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyu deyib.
Onun sözlərinə görə, İranın nüvə problemini siyasi və diplomatik üsullarla həll etməyə davam etmək lazımdır:
“İran tərəfinin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu təmin etmək lazımdır. Çin bu məsələdə müsbət və konstruktiv rol oynamağa davam etməyə hazırdır”.
Çin Xalq Respublikasının xarici işlər nazirinin müavininin qeyd edib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bütün maraqlı tərəflər mümkün qədər tez dialoq və danışıqları bərpa etməlidir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək