19 yaşlı şotlandiyalı xokkeyçi İbizadakı otelin eyvanından yıxılaraq ölüb.
“İki sahil” "Daily Record"a istinadla bildirir ki, şotlandiyalı xokkeyçi Qari Kelli 19 yaşında San Antonioda "İbiza Rocks" otelinin eyvanından yıxılaraq dünyasını dəyişib.
Otelə gələn təcili yardım maşını xokkeyçini xilas edə bilməyib. İspaniya Mülki Qvardiyasının nümayəndələrinin sözlərinə görə, Kellinin ölümü bədbəxt hadisə nəticəsində baş verib.
İki həftə əvvəl 26 yaşlı şotlandiyalı Evan Tompson da eyni oteldə oxşar şəraitdə dünyasını dəyişmişdi. "İbiza Rocks"un nümayəndələri bildiriblər ki, “faciəli hadisələrə görə” otelin ərazisində əyləncə tədbirləri müvəqqəti olaraq dayandırılıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək