Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi sülh nizamlanması haqqında memorandum layihələri iki ölkə arasında birbaşa danışıqların üçüncü raundunun əsas mövzusu olmalıdır.
“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir: digər məsələlərlə yanaşı, ikinci raund zamanı mübadilə edilmiş həmin memorandum layihələri də müzakirə olunmalıdır", - o qeyd edib.
D.Peskovun sözlərinə görə, Rusiya tərəfi İstanbul danışıqlarından irəliləyişlər gözləmir.
"Ukrayna nizamlanması mövzusu o qədər mürəkkəbdir ki, həlak olanların meyitlərinin qaytarılması və ya mübadilələr barədə razılaşmaların əldə edilməsi artıq bir nəticədir. Hər hansı bir irəliləyiş gözləmək üçün heç bir əsas yoxdur. İndiki vəziyyətdə bunun mümkün olması ehtimalı azdır", - o vurğulayıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək