22 iyul 2025 17:54
197

Qarışqa əməyi

Qarışqalar qrup halında öz çəkilərindən  5 min dəfə ağır yük daşıya bilirlər.  Azuqə toplamaq vaxtı  kollektiv işə çıxan hər qarışqa öz yükqaldırma qabiliyyətini  10 dəfədən çox artırır.   O da məlum olsun ki, işləyərkən  qarışqaların  sayı ondan artıq olmur. Çünki onlar çox olduqda  bir-birilərinə maneçilik törədirlər.

Hörümçək  qısqanclığı

Alimlər öyrəniblər ki, həşəratlardan  hörümçəklər arasında qısqanclıq  daha dərindir. Çox vaxt erkək hörümçək dişi hörümçəyin qurduğu toru əzib, yumurtalarını yerə atır. Sən demə erkək hörümçək  bunu ona görə edir ki, başqası “nişanlısına “ göz dikməsin. Çünki dişi hörümçəyin qurduğu torda ətirli feromon maddəsi olur.  Onun  qoxusu erkəkləri uzaqdan belə cəlb edir, bu da iki hörümçəyin qovuşma ehtimalini  10 dəfə artırır.

Alimlər onu da öyrəniblər ki, dişi hörümçəklər heyvanat aləmində ən az hüquqlu həşəratlardır.  Onların özlərinə “ adaxlı” seçmək ixtiyarı yoxdur. Erkən hörümçəklərin isə bir maraqlı  xüsusiyyəti odur ki, onlar yalnız “ərə getməmiş” dişi  hörümçəklərə meylli olurlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü