Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Həmçinin Britaniyanın “Eurofighter” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsindəki irəliləyiş barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan iki dövlət arasında Sərbəst Ticarət anlaşmasının yenilənməsi ilə bağlı müzakirələrin bu il içərisində nəticə verəcəyinə ümidini ifadə edib.
Türkiyə Prezidenti, həmçinin Qəzzada vəziyyətin çox pis olduğunu, bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək