ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.
“İki sahil” "Axios"a istinadla xəbər verir ki, danışıqlara ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak başçılıq edəcək.
Bu, bölgədəki son gərginlikdən və İsrailin Dəməşqə zərbələrindən sonra ilk görüş olacaq.
Qeyd olunub ki, əsas diqqət Suriyanın cənubunda təhlükəsizlik tədbirlərinə, həmçinin gələcək böhranların qarşısını almaq üçün ölkələr arasında koordinasiyanın gücləndirilməsinə yönəldiləcək.
Görüşün yeri hələlik açıqlanmayıb.
Bundan əvvəl Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Çaxi Xaneqbi və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında danışıqlar olub.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək