Suriya hakimiyyəti ölkənin cənubundakı Əs-Suveyda vilayətində vəziyyətin gərginləşməsi zamanı törədilmiş qətlləri araşdırmaq üçün komitə yaradıb və bütün cinayətkarları məsuliyyətə cəlb edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin media ilə əlaqələr idarəsi məlumat verib.
Qurumun rəsmi "Telegram" kanalında dərc edilmiş bəyanata əsasən, Müdafiə Nazirliyi "Əs-Suveyda şəhərində hərbi formada olan naməlum qrup tərəfindən törədilmiş ciddi pozuntular barədə məlumatları izləyib".
"Əs-Suveyda şəhərində qanun pozuntularını törədənlərə qarşı şəxsiyyətləri müəyyən edilərək maksimum cəza tədbirləri tətbiq ediləcək", - bəyanatda vurğulanır.
Bildirilib ki, hərbi pozuntular üzrə komitənin araşdırmasını şəxsən müdafiə naziri Murxaf Abu Kasra izləyəcək.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək