Yaponiyadan ABŞ-a ixrac ediləcək məhsullara 15 faiz gömrük rüsumu tətbiq ediləcək.
“İki sahil” xəbər verir ki, Prezident Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.
“Biz indicə Yaponiya ilə razılığa gəldik. Bu anlaşma bizə minlərlə yeni iş yeri yaratmağa imkan verəcək” – deyə Tramp qeyd edib.
Prezident həmçinin xatırladıb ki, Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoymağa da razılıq verib.
Qeyd edək ki, rəsmi Vaşinqton Yaponiyadan idxal edilən mallara 25 faiz rüsum tətbiq ediləcəyini bildirmişdi. Bundan sonra isə tərəflər rüsumların endirilməsi üçün danışıqlara başlamışdılar.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək