Argentina hökuməti yerli sakinlərin şikayətləri əsasında "Colgate" diş məcununun istifadəsini, yayılmasını və təşviqini qadağan edib.
“İki sahil” RBK-ya istinadən xəbər verir ki, bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb.
İstehlakçılar "Colgate Total Active Prevention Clean Mint" diş məcunundan şikayət ediblər. Şikayətlər diş məcununun yan təsirləri ilə bağlı bağlı olub. Bu cür şikayətlərin sayı 19-a çatıb.
ANMAT diş məcunundan istifadədən sonra ağız boşluğu toxumalarının qıcıqlanması və iltihabı, qabarcıqların, yaraların, yanmanın, şişkinliyin və ağrının yaranması barədə məlumatlar alıb.
Adıçəkilən qurum bu cür halların monitorinqini həyata keçirir və əhalini diş məcunundan istifadədən sonra yaranan hər hansı arzuolunmaz hadisələr barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, sözügedən markanın Braziliyada da satışı dayandırılıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək