Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya nümayəndələri ilə danışıqlar prosesində iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-i prezidentin imzaladığı müvafiq fərmana istinadən məlumat yayıb.
Bununla yanaşı, dövlət başçısı Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.
İyulun 23-də İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşündə Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi başçılıq edəcək.
Bundan əvvəl V.Zelenski yeni əsir mübadiləsinə hazırlıq getdiyini, görüşün gündəliyinin və Ukrayna üçün əsas mövzuların razılaşdırıldığını bildirib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək