23 iyul 2025 22:26
165

Vinnitsada inşa edilən sirli sığınacaq

İkinci Dünya Müharibəsində faşist Hitler üçün 1941-ci ilin  mart ayının 23-də Ukraynanın  Vinnitsa  vilayətində sığınacaq inşa edilmiş, o, 1942-ci ildə xüsusi qatarla buraya gəlmişdi. 

Sığınacağın tikintisində 14 mindən çox sovet, polyak,  çex, bolqar, macar  millətindən olan əsir çalışıb. İş başa çatandan sonra sirr gizli qalsın deyə onların hamısı güllələnib. Sığınacaq o qədər mükəmməl yerdə tikilib ki, onu kənardan görmək qeyri-mümkün olub. Onun daxilində Hitler üçün hər cür şərait yaradılıb. Hətta üzgüçülük hovuzu da olub.

Sığınacağın tikintisində ən yüksək keyfiyyətli materiallardan  istifadə edilib. Təkcə onu demək kifayətdir ki, Vinnitsadan Berlinə çəkilmiş telefon kabeli öz keyfiyyətini itirməmiş, sonradan ondan Moskva ilə Leninqrad arasında  telefon xətti çəkilişində istifadə olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü