Gürcüstan paytaxtında ölkənin əsas idman arenası olan "Dinamo Arena" stadionunda çıxış edəcək amerikalı müğənni Castin Timberleykin rusiyalı pərəstişkarları yüzlərlə avtomobillə Rusiya-Gürcüstan sərhədindəki "Verxniy Lars" və Gürcüstanın "Dariali" keçid məntəqələrində toplaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Pirveli” teleşirkətinin məlumatına görə, konsertə daxil olmaq istəyənlərin Rusiya tərəfdəki keçid məntəqəsində bir kilometr uzunluğunda növbəsi düzülüb. Bu məlumatı “Kommersant”a sərhəddə yerləşən Stepantsminda (Kazbegi) şəhərinin bələdiyyəsindən təsdiqləyiblər:
“Həqiqətən də, orada həmişəkindən daha çox avtomobil var”, – bələdiyyənin əməkdaşı Lia Nerqadze bildirib. Konsertin turizm mövsümünün qızğın vaxtında, Rusiyadan artıq çoxlu qonaqların olduğu bir vaxtda baş tutması vəziyyəti daha da gərginləşdirir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək