Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib.
“İki sahil” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib" - nazirlikdən bildiriblər.
Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, həmçinin regionda davamlı sülhü təmin etməkdir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək