Kosovo və Serbiya yenidən qarşıdurmanın kəskin artmasının astanasındadır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Serbiya hökumətinin Kosovo məsələləri üzrə departamentinin rəis müavini İqor Popoviçin Kosovo hakimiyyəti tərəfindən həbsindən sonra Serbiya Xarici İşlər Nazirliyi bunun “Belqrad və Priştina arasında münasibətlər üçün çox ciddi nəticələrə səbəb olacağı” xəbərdarlığını edib.
Və ilk addım kimi Serbiya Aİ-nin Kosovo ilə münasibətlərin normallaşdırılması üzrə apardığı dialoqu tamamilə kəsib.
Bu həftənin əvvəlində Priştina məhkəməsi Serbiya hökumətinin Kosovo üzrə departamentinin rəis müavini İqor Popoviçi bir aylıq həbs qətimkan tədbiri seçib. O, “ictimai çıxış zamanı mübahisə və dözümsüzlük yaratmaqda” ittiham olunur.
Ötən həftənin sonunda İqor Popoviç kosovo serblərinin mitinqində çıxış edərək Kosovo Azadlıq Ordusunu (QAT) “terror təşkilatı” adlandırıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək