Fransanın "TotalEnergies" neft-qaz şirkətinin ikinci rübdə xalis mənfəəti illik müqayisədə 23% azalaraq 3,66 milyard dollar təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir. NYSE-də birjadankənar ticarətdə şirkətin səhmləri 3,2% ucuzlaşıb.
“TotalEnergies”in ilin birinci yarısında gəliri 105 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır. Şirkətin xalis borcu 2024-cü illə müqayisədə 89% artaraq 25,9 milyard dollara çatıb.
"TotalEnergies"in mənfəətinin azalması əsasən neft qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, OPEC+ hasilat məhdudiyyətlərinin yumşaldılması səbəbindən Brent rübün sonuna keçən illə müqayisədə demək olar ki, 20% ucuzlaşıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək