Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisini (“IDEF 2025”) ziyarət edib.
“İki sahil” xəbər verir ki, tədbirin təşkil olunduğu İstanbul Sərgi Mərkəzində qurulan stendlərə baxış keçirən Hakan Fidan Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə ölkəmizi təmsil edən pavilyonla yaxından tanış olub.
Daha sonra nazir Hakan Fidan digər stendlərə də baxış keçirib.
Xatırladaq ki, “IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək