ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandırıb və Qətərdəki danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof məlumat verib. O bildirib ki, bu addım HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra atılıb.
“Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada daimi sülhə nail olmaqda qətiyyətliyik”, - deyə o bildirib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək