Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.
2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.
Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək