İllər öncə Avstriyanın paytaxtı Vyana şəhərində mərkəzi parkların birində ailəmlə gəzdiyim zaman birdən ilk baxışdan da üz cizgiləri slavyan mənşəinə oxşayan iki nəfər-bir xanım və kişi yaxınlaşdı. Bunlar əvvəlcə ingilis dilində nəzakətlə salamlaşaraq azərbaycanlı olduğumuzu soruşdular. Bəli cavabından sonra bildirdilər ki, Rusiya vətəndaşlarıdırlar və kişi məndən bir xahiş etdi. Qızımın başında milli arnamentlərlə işlənmiş araqçın var idi. Bildirdi ki, həyat yoldaşının çox xoşuna gəlib və icazə olsaydı, araqçınla şəkil çəkdirərdi. Əlbəttə ki, biz etiraz emədik. Və həyat yoldaşına araqçını şəkil çəkdirmək üçün verdim.
Elə bu aralarda həmin kişi (əfsuslar olsun ki, adı xatirimdə deyil) özünü təqdim edərək Rusiyanın TASS İnformasiya Agentliyinin məsul şəxslərindən olduğunu bildirdi. Onunla qısa söhbətimizdə azərbaycanlıları çox istədiyini, azərbaycanlılara qarşı xüsusi hörmətinin olduğunu və Azərbaycan mədəniyyətinə valeh olduğunu dilə gətirməklə bərabər öz rəhbərləri olan həmyerlimiz Mixail Qusman haqqında söz açdı.
O çox böyük sevgilə Mixail Qusman haqqında danışdı. Onun necə tələbkar, səmimi, peşəkar rəhbər olması və Azərbaycana xüsusi sevgisi barədə söz açdı. O qeyd etdi ki, Mixail Qusman Bakıdan ya özü gələndə aldıqda və ya dostları ona sovqat göndərdikdə uşaq kimi sevinərək bizləri başına toplayır və ya otaqlarımıza keçərək Azərbaycan çayı, və ya şirniyyatları, xüsusən də şəkərbura, paxlava və s. sevə sevə, xeyli barələrində danışaraq bizi qonaq edər. O, hər dəfə bunu edəndə sanki, yenidən doğulmuş və ya ruhu təzələnmiş kimi görünərdi. Və Azərbaycanla bağlı saf, təmiz bilgilərimin böyük əksəriyyəti məhz Mixail Qusmandan əldə etmişəm. O dostlar ətrafında böyük sevinclə gənclyindən, köhnə Bakının küçələrindən, məhlələrindən bizə söhbət açardı. Və sonunda həmin təsadüfi gördüyüm şəxs bir neçə dəfə təkrarlayaraq dedi: "Cənab Qusman Azərbaycanı çox sevir".
Bəli, bir azərbaycanlı olaraq həmyerlim haqqında belə yüksək fikirdə olması sevinc doğursa da, həyatda heç vaxt rastlaşmadığım, lakim kimliyini bildiyim bir həmyerlimizin olduğu mühitdə daima Azərbaycanı təbliğ etməsi, onun halını, mövqeyini ətrafa çatdırmaqla yanaşı, qədim Azərbaycan mədəniyyətini, insanlarımızın səmimiyyətini, milli mətbəximizi sevə sevə təbliğ etməsi məni ikiqat sevindirdi.
Bəli, Rusiya mediasının erməni və ermənipərəst qüvvələrin əlində olduğu hər birimizə bəllidir. Ən üstdə uzun illər bir nəfər sözün əsl mənasında BİZİMki var idi...
Bəli var idi. Elə bu yaxınlarda Mixail Qusmanın Beynəlxalq Şuşa Media Forumunda iştirak etməsi, cənab prezident İlham Əliyevlə təmasda olması, ona sual verməsi tarixi üfünət içində olan imperiyanı qorxuya salmışdır. Bəli, məhz qorxuya.
Əslində belə qorxaqlar əlllərində topları, tüfəngləri, ordusu olsa da çox yaxşı anlayırlar ki, reallıqda tək və tənhadırlar. Ətrafındakıların ona məhəbbəti səmimi deyil. Lakin Mixail Qusman və onun kimi zəka sahiblərinin nə topları, nə tankları, nə də orduları olmasa da ətrafında səmimi qəlbdən onu sevən və dəyər verən, heç özünün də tanımadığı insanlar var, onun bütün dəyərlərə sadiq olduğu üçün Azərbaycan boyda səmimi və doğma ailəsi-Vətəni var.
Dəyərli Mixail Qusman, siz çox böyük adamsız. O qədər böyüksünüz ki, qarşınızda tank, top, məqam sahibləri sizi işdən çıxartmaqla öz kiçikliklərini göstərdilər.
Sizə isə bir Azərbaycan oğlu olaraq, hər şeyə görə təşəkkür etməyi özümə borc bildim. Tanrı sizi qorusun. Vətənin qeyrətli oğlu, sağlıq olsa görüşərik.
Cavid İsmayıl,
Turan Araşdırma Mərkəzi İB nin sədri