İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.
“İki sahil” xəbər verir ki, ölkənin cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib. Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.
Ölkənin bir çox vilayətinin yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.
Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.
Meteoroloqlar bildirirlər ki, ölkə üzrə temperatur mövsümi normanı 7-12 dərəcə üstələyir. Havanın soyuması iyulun 31-dən sonra proqnozlaşdırılır.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək