ABŞ Milli Aeronavtika və Kosmik Fəza Tədqiqatları İdarəsinin (NASA) rəhbərliyi əməkdaşlarının sayının 3 870 nəfər azalaraq təxminən 14 min nəfərə düşəcəyini gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə kosmik qurumun rəsmi nümayəndəsi Şeril Uorner bildirib.
O qeyd edib ki, NASA "optimallaşdırma və səmərəliliyin artırılması zərurəti ilə Ay və Marsın tədqiqi də daxil olmaqla, [kosmosun] tədqiqi və innovasiyalar sahəsində qızıl əsrə can atmaq imkanının qorunması arasında balansı təmin etmək" niyyətindədir.
Uornerin təqdim etdiyi məlumatlara görə, idarənin təxminən 3 870 əməkdaşı (ümumi sayın 21%-i) ştatın ixtisarı üzrə iki proqramda iştirak etməyə razılıq verib. Bu proqramlar çərçivəsində işçilər əlavə ödəniş təqdim edilməklə və ya digər güzəştli şərtlərlə könüllü olaraq işdən çıxa bilərlər.
Qurumun nümayəndəsi qeyd olunan işçilərin işdən çıxarılmasının dəqiq müddətlərini göstərməyib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək