“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “NEXT Teknofest Sosyal” sosial media hesabında etdiyi paylaşımda Türkiyənin yerli mesajlaşma tətbiqinin istifadəyə veriləcəyini bildirib.
“İki sahil” xəbər verir ki, qısa müddət əvvəl istifadəyə verilən Türkiyənin yerli sosial media tətbiqi “NEXT Teknofest Sosyal” istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Platforma, “App Store”un “Sosial Şəbəkə (Social Networking)” kateqoriyasında populyar pulsuz tətbiqlər siyahısında birinci yerə yüksəlib. İstifadəçilərin son dövrlərdəki marağını əks etdirən sıralamaya görə, “NEXT Teknofest Sosyal”dan sonra ikinci yerdə “Telegram”, üçüncü yerdə isə “Facebook” qərarlaşıb.
Tətbiqə olan böyük maraq davam edərkən, bir istifadəçinin “Abi, bizə WhatsApp düzəlt” mesajını sitat gətirən Bayraktar “O da hazırdır, hətta istifadə edirik… yaxındır…”-deyə cavab verib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək