Rusiya Ermənistandakı 102-ci hərbi bazasını əhəmiyyətli dərəcədə gücləndirir.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son həftələrdə Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və döyüş sursatı daşınır. Hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir.
Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.
Nəşr, həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Oxu.Az
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək