ABŞ Müdafiə Nazirliyi qanunsuz miqrantlarla mübarizədə Miqrasiya və Gömrük Polisi (ICE) ilə işləmək üçün ştat qubernatorlarının tabeliyinə 1700 hərbçi verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Müdafiə Nazirliyi miqrasiya qanunvericiliyinin təmin edilməsi missiyasında Miqrasiya və Gömrük Polisinə dəstək verən hərbçilərin statusunda dəyişiklik edildiyini elan edib. Xidmət edənlərin statusu 10-dan 32-yə dəyişdiriləcək. Dəyişiklik 1200 təyin edilmiş əməkdaşla yanaşı, 500 əlavə əməkdaşı da əhatə edəcək", - məlumatda bildirilir.
Bu qərar hərbçilərə ICE tərəfindən saxlanılan şəxslərlə birbaşa qarşılıqlı əlaqə saxlamağa imkan verəcək.
Amerikalı hərbçilər üçün 10 statusu onların federal hökumətə və ABŞ Prezidentinə, 32 statusu isə ştat qubernatoruna tabe olduğunu bildirir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək