Ermənistanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 9 milyard 668 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk altı ayında ixrac 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz az, 3 milyard 755,6 milyon ABŞ dolları təşkil edib.
Bununla yanaşı, yanvar-iyun aylarında ölkəyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz az məhsul idxal edilib. İlin birinci yarısında idxalın həcmi 5 milyard 913 milyon ABŞ dolları həcmində qiymətləndirilir. İyun ayında əvvəlki ayla müqayisədə həcm 0,9 faiz artaraq 1 milyard 001,7 milyon ABŞ dolları təşkil edib. Əvvəlki ilin iyun ayı ilə müqayisədə 2025-ci ilin eyni ayı üçün idxalın həcmi 17,1 faiz azalıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək