İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.
“İki sahil” “Mehr news” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması müsbət nəticələrə gətirib çıxara bilər.
Prezident, həmçinin deyib ki, İran BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə əlaqələri genişləndirəcək.
"İran Rusiya, Çin və digər tərəfdaşlarla fəaliyyətini əlaqələndirəcək, bu prosesi Avropa və digər ölkələrlə də davam etdirəcək", - o vurğulayıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək