"Formula 1" üzrə Belçika Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, “Maklaren”in pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.
Britaniyalı pilotun komanda yoldaşı Oskar Piastri isə ikinci olub. İlk “üçlüy”ü “Ferrari”nin üzvü Şarl Lekler qapayıb.
Qeyd edək ki, Belçika Qran-prisində əsas yarış iyulun 27-də keçiriləcək.
Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III mərhələsi keçirilib