26 iyul 2025 21:21
136

Arazın suyu 1 metr azalıb

Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi 1 metr azalıb.

“İki sahil” xəbər verir ki, son bir ayda çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Vəziyyətin belə olması yerli sakinlər arasında narahatlığına səbəb olub.

Suyun azalması nəticəsində sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər meydana gəlib.

Mütəxəssislərin sözlərinə görə, çayda bu cür enmələr əkin sahələrinin suvarılmasında çətinliklər yarada bilər.