Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib.
Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.
Planın təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edilir ki, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Starmer, Makron və Merts İranın nüvə proqramına da toxunublar, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməsə və diplomatik danışıqlara qayıtmasa, sanksiyaların avqustun sonunda bərpa ediləcəyi ilə bağlı razılığa gəliblər.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək